Bakıda avarçəkmə təlimi keçiriləcək
Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində avarçəkmə təlimi keçiriləcək.
Təlim oktyabrın 7-də “Dədə Qorqud” parkı ərazisində təşkil olunacaq və saat 16:00-dan 18:00-dək davam edəcək.
Təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.