Millimiz Qazaxıstanla oyuna tam heyətlə hazırlaşır

ESTAFET/ DÇ-2024-ün elit-raund mərhələsində oktyabrın 6-da Qazaxıstanla qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir. 

Futzalçılarımız dünən Bakı İdman Sarayında tam heyətlə məşq ediblər.

Taktiki çalışmadan əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov komanda üzvləri ilə görüşüb, futzalçıları dinləyib, qarşıdakı oyunla bağlı federasiya prezidenti Zaur Axundovun tapşırıqlarını çatdırıb.

Xatırladaq ki, Azərbaycan - Qazaxıstan oyunu oktyabrın 6-da, Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da start götürəcək matç “CBC Sport”la canlı yayımlanacaq.

Müəllif: Məsim MƏSİMZADƏ