ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu

ESTAFET/ UEFA Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Bu ada İspaniya təmsilçiləri "Real"dan Cud Bellingem, "Atletiko"dan Alvaro Morata, Portuqaliya "Braqa"sından Bruma və İngiltərə "Mançester Yunayted"indən Rasmus Hoylund iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Müəllif: Natiq NƏSİROV