“Neftçi” “Qarabağ”a, “Kəpəz” “Sumqayıt”a uduzdu

ESTAFET/ Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulub. Sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Günün ilk oyunu “Sumqayıt”la “Kəpəz” arasında keçirilib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun və ilk dövrənin son qarşılaşmasında isə “Neftçi” əzəli rəqibi “Qarabağ”la üz-üzə gəlib. Ağdam klubu səfərdə inamlı qələbəyə sevinib.

Xatırladaq ki, daha öncə baş tutan oyunlarda “Zirə” “Turan Tovuz”a 2:1 hesabıyla qalib gəlibsə, “Qəbələ” evdə “Səbail”ə uduzub – 0:1. “Sabah” – “Araz-Naxçıvan” matçı da bərabərliklə yekunlaşıb – 1:1.

Misli Premyer Liqası
9-cu tur

8 oktyabr 2023

“Sumqayıt” – “Kəpəz” 1:0
Qol: Roi Kehat 62.
Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
“Kapital Bank Arena”, 16:30

Sumqayıt: 15. Orxan Sadıqlı 6. Vüqar Mustafayev (k) 14. Elvin Bədəlov 7. Rövlan Muradov 17. Murad Xaçayev 19. Roi Kehat 58. Oktavio Manteka 4. İsa Suliman 10. Kamran Aliev 9. Erik Sorqa 71. Masaki Murata
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 32. Murad Ağamalıyev 30. Kamran Quliyev 8. Səbuhi Abdullazadə 20. Ayxan Süleymanlı 21. Nihad Əhmədzadə 11. Kasimir Ninqa 12. Abu Doss 60. Tresor Mossi
Məşqçi: Mübariz Orucov
Kəpəz: 12. Kamran İbrahimov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 14. Elçin Əlicanov 4. Vüsal Məsimov 8. Elmir Tağıyev 91. Latir Fal 9. Mate Kvirkviya 78. Yeqor Xvalko (k) 21. Martins Junior 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek 3. Vurğun Hüseynov 10. Tural Rzayev 11. Elnur Cəfərov 88. Şakir Seyidov 22. Rüfət Əhmədov 15. Cavad Kərimov
Baş məşqçi: Azər Məmmədov

“Neftçi”– “Qarabağ” 0:2
Qollar: Juninyo 46, Redon Cica 88.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev
“Neftçi Arena”, 19:30.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki.
Baş məşqçi: Adrian Mutu.
Qarabağ: 99. Andrey Lunyov, 5. Maksim Medvedev (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Müəllif: Bəhruz MƏMMƏDOV