"QARABAĞ"IN SƏFƏR OYUNUNUN HAKİMLƏRİ
ESTAFET/ Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Şerif" - "Qarabağ" cavab oyunu üçün təyinatlar açıqlanıb.
Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Avqustun 1-də baş tutacaq görüşün baş hakimi Roy Reynşreyber olacaq. Ona həmyerliləri Amihay Yehoşua Mozes və Dan Uçeniç kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi Daniel Bar Natan olacaq. UEFA nümayəndəsi funksiyasını latviyalı Edqars Pukinsks icra edəcək. Hakim-inspektor vəzifəsi isə litvalı Paulius Maljinskasa həvalə olunub.
Qeyd edək ki, "Şerif" - "Qarabağ" oyunu Tiraspolun "Şerif" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Çempionlar Liqası, III təsnifat mərhələsinin cavab oyunu
1 avqust 21:00 “Şerif” - “Qarabağ”
Baş hakim: Roy Reynşreyber
Yan xətt hakimləri: Amihay Yehoşua Mozes və Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
Hakim-inspektor: Paulius Maljinskasa (Litva)
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)