Avropa Kubokunun qalibləri Vətənə qayıdıblar

Türkiyənin Balıkesir şəhərində keçirilən çimərlik voleybolu üzrə Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olmuş kişilərdən ibarət MUROV AZ TERMİNAL klubu Vətənə qayıdıb.

Çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun qalibi olan komandamızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Voleybol  Federasiyasının rəsmiləri, idmançılar, media nümayəndələri və azarkeşlər qarşılayıblar.

Müəllif: Bəhruz MƏMMƏDOV