Yığmamızın Avstriya ilə oyunu yunanlara tapşırıldı

ESTAFET/ Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

UEFA Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya Yunanıstandan olan briqadanı təyin edib.

Matçı Aristotelis Diamantopulos idarə edəcək. Ona Konstantinos Psarris və Andreas Meintanas kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək Azərbaycan – Avstriya oyunu saat 20:00-da başlayacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV