Dünya Kubokunda bürünc medal

ESTAFET/ Milli komandamızın triatlonçusu Rostyslav Pevtsov Çinin Çendu şəhərində keçirilən Triatlon üzrə Dünya Kubokunda 3-cü yerə çıxdı.

Gərgin mübarizə şəraitində keçən yarışda finişə eyni göstəricilərlə çatan 2-ci və 3-cü yerlərin qalibləri “Foto finish” ilə təyin olundu.

Qeyd edək ki, Pevtsov yarışın qalibindən cəmi 7 saniyə geridə qalıb.

Müəllif: Bəhruz MƏMMƏDOV