Görmə Məhdudiyyətli İdmançıların Beynəlxalq Federasiyasının (IBSA) İdarə Heyətinin iclası keçirlib

16 oktyabr tarixində IBSA İdarə Heyətinin onlayn formatda keçirilən iclasında gündəlikdə olan bir sıra məsələlər müzakirə edilib.

Federasiya prezidenti İlqar Rəhimov IBSA idmanının dünya səviyəsində daha da inkişaf etdirilməsi, yeni üzvlərin cəlb olunması və Federasiyanın fəaliyyətində şəffaflığın təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu vurğulayıb.

İclasda Rusiya və Belarusiya idmançılarının Paris 2024-də və IPC tərəfindən tanınan digər tədbirlərdə iştirakı ilə bağlı IPC Baş Assambleyasının qərarı ətrafında müzakirələr aparılıb.

Federasiya prezidenti İ.Rəhimov IBSA-nın antidopinq, eyni zamanda hüquq və etik komitəsinin strukturu ilə bağlı bir sıra məsələlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Eyni zamanda iclasda IBSA idmanının inkişafı üçün səsləndirilən təkliflər ətrafında müzakirələr aparılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV