“Mənim, oyun təcrübəsinə ehtiyacım var”: Kalvin Fillips

ESTAFET/ “Mançester Siti”nin yarımmüdafiəçisi Kalvin Fillips Xosep Qvardiolanın komandasında oyun müddətinin azlığından narazı olduğuna eyham vurub.
Fillips bu barədə fikirlərini deyib:
“İstənilən futbolçu oynamaq istəyir. Mən də həmçinin. Mənim, oyun təcrübəsinə ehtiyacım var və son bir il yarımda o qədər də tez-tez oynamamışam. İstədiyim tək şey budur. Gəlin görək, gələcəkdə nə olacaq”.
