Həvəskarlar arasında kütləvi qaçış yarışı keçirilib

Bu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Hyundai" avtomobillərinin ölkəmizdəki rəsmi distributoru "AUTO Azərbaycan"ın təşkilatçılığı ilə "Heydər Əliyev ili"nə həsr olunmuş həvəskarlar arasında kütləvi qaçış yarışı keçirilib.

​Tədbirdə paytaxt təmsilçiləri ilə yanaşı Sumqayıt və Neftçaladan olan ümumilikdə 550-ə yaxın iştirakçı mübarizə aparıb.​ "Hyundai Otoplaza Mall" ərazisində keçirilən yarışda 8 yaş kateqoriyası üzrə kişi və qadınlar arasında müxtəlif məsafələrə qaçışda qaliblər müəyyənləşib.

Qeyd edək ki,​ “Heydər Əliyev ili”nə həsr olunmuş bu cür tədbirlər silsilə xarater daşıyır. Bundan öncə Bakı və müxtəlif bölgələrdə təşkil olunmuş kütləvi qaçış yarışlarından daha biri noyabrın 5-də İsmayıllıda keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV