Bəxtiyarlı “Tuzlaspor” doğma meydanda xalsız qaldı

ESTAFET/ Türkiyənin 1-ci liqasında 10-cu turun oyunları keçirilir.

Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Ərzurumspor”la qarşılaşıb və 1:2 hesablı məğlubiyyətə üzülüb.

Həsənalızadə bu oyunda 90 dəqiqə meydanda olub.

“Tuzlaspor” hesabındakı 7 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Müəllif: Orxan NOVRUZOV