“Messi tarixin ən yaxşılarından biridir”: Bellingem

ESTAFET/ “Real”ın yarımmüdafiəçisi Cud Bellingem “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messinin karyerasında səkkizinci “Qızıl top”u qazanmasından danışıb.

Bellingem bu barədə danışarkən bildirib:

“Leo inanılmaz oyunçudur, buna görə də onun səkkiz mükafatı var. Messi, şübhəsiz ki, tarixin ən yaxşı futbolçularından biridir.
O, bu mükafatı yalnız dünya çempionatındakı çıxışına və qələbəsinə görə deyil, həm də məşqdə hər gün sərf etdiyi zəhmətə görə qazanıb”.

Müəllif: Zaur HACIYEV