Avropa Kubokunun ilk günündə 2 medal
Macarıstanın Dyör şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günündə cüdoçularımız 2 gümüş medal əldə ediblər.
Turnirin ilk günündə oğlanlar arasında 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində 21 cüdoçumuz tatamiyə çıxıb.
50 kq çəkidə Emil Səfərov və 66 kq çəkidə Kənan Sadıqov gümüş medal qazanıblar.