Fətiyevdən Avstraliyada qızıl medal

ESTAFET/ Avstraliyanın Pert şəhərində keçirilən cüdo üzrə Açıq Okeaniya turnirinin ikinci günündə Azərbaycan cüdoçuları 1 qızıl medal qazanıb.
Yarışın ikinci günündə kişilər arasında 90 çəki dərəcəsində 2 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Murad Fətiyev bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalını əldə edib.
Azərbaycan cüdoçuları yarışda ümumilikdə 1 qızıl və 1 bürünc medal qazanıb. Azərbaycan medal əyarına görə ümumi hesabda 7-ci yeri, kişilər arasında isə 5-ci yeri tutub.
