Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurdular

ESTAFET/ Azərbaycanın yeniyetmə cüdoçuları Macarıstanın Dyor şəhərində keçirilən Avropa Kubokunu 4 medalla başa vurublar.

Yığma üzvləri turnirdə 2 gümüş, 2 bürünc medal əldə ediblər.

Bununla cüdoçularımız ümumi hesabda 11-ci, oğlanlar arasında isə 6-cı yeri tutublar.

Qeyd edək ki, Avropa Kubokunda Azərbaycan 7 çəki dərəcəsində 32 cüdoçu ilə təmsil olunub. Emil Səfərov (50 kq) və Kənan Sadıqov (66 kq) gümüş, Əhməd Mehdiyev (73 kq) və Əli Qazıməmmədov (81 kq) isə bürünc mükafata yiyələniblər.

Müəllif: Natiq NƏSİROV