YELKƏNÇİLƏRİMİZ İLK BEYNƏLXALQ UĞURLARINA İMZA ATDI

ESTAFET/ AYİF/ Yelkənli İdman növü bu gün, bu idman üçün əlverişli şərait olan ölkələr üçün maraqlı, sevilən və sürətlə inkişaf edən idmandır. Belə ki, ölkəmiz də bu idman növü üçün kifayət qədər əlverişli coğrafi mövqeyə malikdir.


Məhs bu səbəbdən 2015-ci ilin iyul ayından etibarən AYİF (Azərbayan Yelkənli İdman Federasiyası) yelkənin inkişafına 7-14 yaşlı yeniyetmələrin yetişdirilməsi ilə start vermişdir.


Belə ki, hər il dünyanın fərqli ölkələrində keçirilən beynəlxalq yelkən reqattası, bu il Sloveniyanın Portoroz şəhərində "Easter Regatta 2016" olaraq baş tutmuşdur. Dünyanın fərqli ölkələrindən 500 yelkənçi beynəlxalq reqattada iştiraketmə hüququ qazanmışdır. Ölkəmiz ilk dəfə olaraq beynəlxalq reqattada iştirak etmiş və 4 oğlan, 1 qız yelkənçi olaraq yarışda öz güclərini göstərmişdir. G
ənc idmançılarımız ilk dəfə reqattada iştirak etməsinə baxmayaraq 500 yelkənçi arasında ilk 20-yə daxil olaraq, yüksək və uğurlu nəticələr göstərərək ölkəyə qayıtmışlar.

 

Reqattada iştirak edən idmançılarımızı sizlərə təqdim edirik:

1. Selcan Abbas

2. Murad Allahverdi

3. Murad İsmayılov

4. Rafiq Orucov

5. Fərid Məmmədov

 

Heyətin rəhbəri Burcu Algon Giorgianni, Baş məşqçi Seyhun Yıldız və məşqçi Tərlan Namazovdur.

 

Azərbaycan Yelkənli İdman Federasiyasının məlumatına görə idmnçılarımızın əsas hədəfi iyul ayında İtaliyada keçiriləcək Optimist üzrə Avropa Çempionatında ölkəmizi yüksək şəkildə təmsil edib, Azərbaycan bayrağını ucaltmaqdır.