Okeanın o tayındakı fəxrimiz ümidləri doğrultmaqdadır

ESTAFET/ Artıq bir neçə aydır ki, Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə ABŞ-ın Cənubi Kaliforniya Akademiyasında (SCA) basketbol bacarıqlarını daha da kəskinləşdirən gənc istedadımız Hüseyn Qaflanovun inkişafı, məşqçiləri tərəfindən müsbət qiymətləndirilib. Bundan əlavə, uzun illərdir ABŞ-da yaşayan dünya səviyyəli "Wasserman" beynəlxalq skaut şirkətinin gürcüstanlı basketbol skautu Laşa Parqalava gənc istedadımızın bir neçə oyununu canlı olaraq yaxından izləyib və onun haqqında aşağıdakı fikirləri söyləyib.

"Bir neçə oyunda onun necə də mükəmməl şəkildə inkişaf etdiyinin şahidi oldum. Hüseynin çox güclü xarakteri var və bu mənada o amerikalı oyunçulardan heç də geri qalmır. Onların qarşısında qətiyyən geri addım atmır. Məşqçiləri onun gələcəyi ilə bağlı çox həyəcanlıdırlar. Hüseynin məşq prosesini və oyunlarını canlı izləmək məni çox qane etdi. Mən onun xüsusi oyunçu olacağını düşünürəm. Sonda isə ona gələcək karyerasında uğurlar arzu edirəm "

Müəllif: Məsim MƏSİMZADƏ