Zelim Kotsoyevdən bürünc medal

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokio Böyük Dəbilqəsinin bürünc medalını qazanıb.
Yaponiyanın paytaxtında cüdo üzrə Böyük Dəbilqə turnirinin ikinci yarış günü kişilər arasında 100 kq çəki dərəcəsində yarışan cüdoçumuz Zelim üçüncü yer uğrunda mübarizədə İtaliya təmsilçisi Qennaro Pirelli üzərində qələbə qazanaraq bürünc medal əldə edib.
