Hakimi döyən klub prezidenti istefa verdi

Türkiyənin “Ankaragücü” klubunun prezidenti Faruk Koca istefa verib.

Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti açıqlama yayıb.

Faruk Koca baş hakim Halil Umut Melerdən, onun ailəsindən, idman ictimaiyyətindən və xalqdan üzr istəyib.

Xatırladaq ki, Super Liqanın 15-ci turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

Müəllif: Orxan NOVRUZOV