Afrikada 2023-cü ilin futbolçusu açıqlandı

ESTAFET/ Afrikada 2023-cü ilin futbolçusu açıqlanıb.

Bu ada Nigeriya millisinin hücumçusu Viktor Osimxen layiq görülüb.

İtaliyanın “Napoli” klubunun qolçusu səsvermə zamanı “Liverpul”un lideri Məhəmməd Salah (Misir) və PSJ-nin müdafiəçisi Əşrəf Hakimini (Mərakeş) qabaqlayıb.

Qeyd edək ki, Afrikada 2022-ci ilin ən yaxşı futbolçusu Sadio Mane (Seneqal) seçilmişdi.

Müəllif: Zaur HACIYEV