“Yuventus” Kalvin Fillipsin keçidi ilə bağlı uğura yaxındır

ESTAFET/ “Yuventus” “Mançester Siti”nin mərkəz yarımmüdafiəçisi Kalvin Fillips və onun ətrafı ilə futbolçunun Turin klubuna transferi barədə razılığa gəlməyə yaxındır.

Razılığın əldə edilməsində həlledici amil, İngiltərə təmsilçisinin baş məşqçisi Xosep Qvardiolanın Fillipsin komandanın planlarına daxil olmadığını açıqlamasıdır.

İndi bu xüsusda klublar arasında danışıqlar davam edir.

Müəllif: Məsim MƏSİMZADƏ