“Qarabağ”ın “Braqa” ilə oyunlarının başlama saatı açıqlandı

ESTAFET/ “Qarabağ"ın Avropa Liqasının play-off mərhələsində Portuqaliya "Braqa"sına qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.
UEFA-nın saytının məlumatına görə, Ağdam təmsilçisinin fevralın 15-də səfərdə keçirəcəyi matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bir həftə sonra Bakıda oynanılacaq cavab qarşılaşması isə saat 21:45-də başlayacaq.
Bu cütün qalibi Avropa Liqasında 1/8 finala vəsiqə əldə edəcək.
