Gimnastlarımız Londonda 7 medal qazanıb

ESTAFET/ Böyük Britaniyanın paytaxtı Londonda bədii gimnastika üzrə “Winter Stars” adlı beynəlxalq turnir keçirilib.

Yarışda “Ocaq Sport” Klubunun gimnastları uğurlu çıxışları ilə fəxri kürsüyə qalxmağı bacarıblar.

İdmançılarımızdan müxtəlif yaş qruplarında Nilay Quliyeva, Alsu Abdullayeva, Röya Alıkişiyeva top, Evelin Yoşpa və Maya Kozaçuk halqa ilə qalib adına yiyələnib. Kozaçuk gürzlərlə də qızıl, Alıkişiyeva gümüş medala sahib olub.

Müəllif: Bəhruz MƏMMƏDOV