İslandiyadakı diaspor təşkilatının rəhbəri futbol turnirində qızı ilə birlikdə hakimlik edib

ESTAFET/ İslandiyanın Aküreyri şəhərində keçirilmiş futbol üzrə Kyarnafed liqası turnirinin tarixində əlamətdar hadisə baş verib.

Matça hakimlik etmək üçün meydana ata və qızı birlikdə çıxıb. Turnirə Azərbaycan əsilli islandiyalı Zakir Jón Həsənov hakimlik edib. Yan xəttlərdə isə ona qızı – İslandiya Futbol Federasiyasının ən gənc hakimi Leyla Ósk və həmkarı Sveyn Tordi Tordarson kömək ediblər.

“Bu, turnirdə ilk və yeganə haldır. Gənc qızların hakimliyə maraq göstərməsini görmək həqiqətən xoşdur” – deyə İslandiya mediası yazıb.

Qeyd edək ki, Zakir Həsənov “Azəri” İslandiya-Azərbaycan Cəmiyyətinin sədridir.

Müəllif: Bəhruz MƏMMƏDOV