Qızlardan ibarət gənc millilərimizin İstanbul toplanışı yekunlaşıb

9 dekabr tarixindən Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start verən qızlardan ibarət U-16 və U-18 yığmalarımız, yekun yoxlama oyunlarını keçiriblər. Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz, keçirdikləri son beş yoxlama oyununu, 4 qələbə və 1 məğlubiyyət ilə tamamlayıblar. Qeydə alınmış hesabları sizlərə təqdim edirik.

"Beykoz KBBL" U-18 - Azərbaycan U-18 (55-69)

"Eyül Belediyesi" U-18 - Azərbaycan U-18 (59-78)

"Leventspor" U-15 - Azərbaycan U-16 (50-68)

"Eyüp Belediyesi" U-16 - Azərbaycan U-16 (46-71)

"Şimali Kipr Levent" U-16 - Azerbaycan U-16 (76-51)

Qeyd edək ki, millilərimiz İstanbul toplanışında ümumilikdə keçirdikləri 14 görüşdə 13 qələbə qazanaraq, hazırlıq prosesini yekunlaşdırıblar.

Müəllif: Məsim MƏSİMZADƏ