Şevçenko UFA-nın prezidenti olacaq
ESTAFET/ Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidentliyi vəzifəsinə namizədlərin qeydiyyatı ilə bağlı yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.
İclasda Andrey Şevçenkonun namizədliyi qeydə alınıb. Bildirilir ki, Ukrayna futbolunun əfsanələrindən olan Şevçenko UFA-nın prezidenti vəzifəsinə yeganə namizəd olub.
Beləliklə, qurumun növbəti prezidentinin 47 yaşlı Şevçenkonun olacağı dəqiqləşib.
UFA prezidentliyinə növbədəkənar seçkilər 2024-cü ilin yanvarın 25-də keçiriləcək.