Bu yeniyetməni siz də tanıyın...

ESTAFET/ Yasamal rayonu şəhid Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin 10 B sinif şagirdi Kənan Cəfərov – düşünürük ki, belə yeniyetmələrimizi hər birimiz tanımalı, tanıtmalı və onlara əlimizdən gəldiyi qədər bütün mümkün dəstəyi göstərməliyik.

Kənan orta təhsili ilə yanaşı, kikboksla məşğul olur. "Ağ Canavar" ləqəbli  peşəkar kikboksçu, əməkdar idman ustası, əməkdar məşqçi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi Eduard Məmmədovun yetirməsidir.

Kənan az yaşı olmasına baxmayaraq, məşğul olduğu kikboksinq idman növü üzrə artıq çox ciddi uğurlar qazanmağı bacarıb. Bunlara misal olaraq 5 qat Azərbaycan çempionu, Avropa çempionu, dünya ikincisi və Dünya Kubokunun qalibi titullarına sahib olmasını göstərə bilərik.

İnanırıq ki, Kənan hələ uzun illər Azərbaycanı uğurla təmsil edəcək, şanlı bayrağımızı daim yüksəklərə qaldıracaq.

Uğurların bol olsun, Kənan Cəfərov! Daha uca zirvələri fəth edəsən!

Müəllif: Bəhruz MƏMMƏDOV