"Söz verirəm" kampaniyası İmişlidə

Azərbaycan Cüdo Federasiyanın əməkdaşları İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən Hacıbabalı kənd K.Əsədov adına ümumi orta məktəbində uşaqlarla maarifləndirici görüş keçiriblər. Onlar qısnamanın mahiyyəti, potensial təhlükələri və buna qarşı durmağın zəruriliyi haqqında məlumat veriblər.

Hər bir uşaq “Söz verirəm" sertifikatını imzalayıb, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə edib. Bundan əlavə, uşaqlar məlumatlandırıcı bukletlər və qolbaqlar əldə ediblər.

Müəllif: Natiq NƏSİROV