"Xırdalan" ikinci dövrəyə rahat qələbə ilə start verib

14 yanvar Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 10 -cu turunun növbəti oyunu baş tutub. "Xırdalan" basketbolçuları səfərdə "Şəki" klubunun qonağı olub və rəqibinə 107-92 hesabı ilə qalib gəlib. Ən məhsuldar basketbolçular: "Şəki" (Dayron Kinq - 24 xal, 6 ribaund), "Xırdalan" (Teyvion Körk - 29 xal, 6 asist)
Qeyd edək ki, 10-cu turun son oyunu bu gün saat 18:00 -da "Gəncə" və "Sabah" klubları arasında keçiriləcək
