Omar Hani Kipr klubunda

ESTAFET/ "Qəbələ"dən ayrılan Omar Haninin yeni klubu müəyyənləşib.
23 yaşlı yarımmüdafiəçi karyerasını Kiprin yüksək liqa təmsilçisi “Doksa”da (Katakopias) davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2021-ci ilin sentyabrından “Qəbələ”də oynayan Hanı bu ay klubdan ayrılmışdı. İordaniyalı futbolçu Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib. O, “Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.
