Atletika üzrə qış Azərbaycan çempionatına start verilib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Qış Azərbaycan çempionatına start verilib. Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov yarışın əhəmiyyətini qeyd edib və bildirib ki, əsas məqsədlərdən biri atletikanın coğrafiyasını daha da genişləndirmək və gələcək yarışlarda daha çox regionların təmsilçilərinin iştirakını təmin etməkdir. Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva ilin ilk böyük yarışının nüfuzlu beynəlxalq turnirlərə seçim üçün önəmli rol oynadığını vurğulayıb. Respublika Olimpiya Mərkəzində keçirilən ölkə çempionatında Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140 atlet mübarizə aparır. 2 gün davam edəcək yarışın proqramına üç təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4x200 m qarışıq estafet qaçış növləri daxildir. Qeyd edək ki, 40-cı ölkə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından, həmçinin Qlazqoda keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edir.
İlk yarış gününün qalibləri
Üç təkanla tullanma
1. Rüstəm Məmmədov
2. Cabir Əliyev
3. Emil İlyasov
Üç təkanla tullanma
1. Yekaterina Sarıyeva
2. Cansu Zeynallı
3. Aysel Mehralıyeva
Nüvə itələmə
1. İsmayıl Əliyev
2. Telman Nəzərov
3. Kənan Vəliyev
60 metr məsafəyə qaçış
1. Əlhəm Nağıyev
2. Aleksey Əliəkbərov
3. Əli Abdıyev
60 metr məsafəyə qaçış
1.Lamiyə Vəliyeva
2. Fəridə Rzayeva
3. Fatimə Həsənova
400 metr məsafəyə qaçış
1. Cavid Məmmədov
2. Elmir Cəbrayılov
3. Rasim Məmmədli
400 metr məsafəyə qaçış
1. Lamiyə Vəliyeva
2. Ləman İsfəndiyarova
3. Almaz Hüseynova
1500 metr məsafəyə qaçış
1. Bəxtiyar Əsgərli
2. Vahid Kərimov
3. Əmrah Nağıyev
1500 metr məsafəyə qaçış
1. Səmayə Hacıyeva
2. Leyla Abduləzizova
3. Fidan İslamova