Azərbaycan atletləri Avropa çempionatına uğurlu start verdi

Sloveniyanın Maribor şəhərində atletika üzrə komandalar arasında Avropa çempionatına start verilib.

3-cü Divizionda yer alan Azərbaycan milli komandasının ilk yarış günündə mübarizəyə qoşulan üzvlərindən Əlhəm Nağıyev və Lamiyə Vəliyeva ilk üçlüyə düşüb. Nağıyev 100 metr məsafəyə qaçışda 10.42 saniyə nəticə ilə 14 atletin mübarizə apardığı yarışda 1-ci yeri tutub.

Eyni məsafəyə qaçışda qadınların mübarizəsində Lamiyə Vəliyeva 11.62 saniyə göstərici ilə 2-ci olub.

Müəllif: Bəhruz MƏMMƏDOV