Atıcımız ənənəvi turnirin finalında

Almaniyanın Münhen şəhərində keçirilən atıcılıq üzrə "H&N Kuboku" turniri davam edir. Yarışda iştirak edən Azərbaycan atıcısı Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada fərqlənərək finala vəsiqə qazanıb.

Digər idmançımız Leyla Əliyeva isə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada bürünc medala yiyələnib.

Müəllif: Bəhruz MƏMMƏDOV