KİNTANA 3 HƏFTƏ SONRA MEYDANA DÖNƏCƏK
ESTAFET/ "Qarabağ"ın uzun müddətli zədədən sonra yaşıl meydanlara qayıdan futbolçusu Dani Kintana 1-ci turda "Neftçi"yə qarşıya keçirilən oyunun 86-cı dəqiqəsində yenidən zədələnərək meydanı vaxtından əvvəl tərk etdi.
İspaniyalı yarımmüdafiəçi bu gün MRT müayinəsindən keçib. Futbolçunun əzələsinin dartılması müəyyən edilib. Bu səbəbdən Dani Kintana təxminən 3 həftə sonra məşqlərə start verəcək.