Komandalar öz baza düşərgələrini təsdiqlədilər - AVRO 2024

ESTAFET/ Dekabrın 2-də Hamburqda UEFA AVRO-2024-ün final püşkatma mərasimindən sonra final turnirinə vəsiqə qazanan 20 komanda və ev sahibi Almaniya öz komanda düşərgələrini təsdiqləyiblər.

14 iyun tarixindən start götürəcək yarışda komandalar öz oyunlarına bu düşərgələrdən gedəcək və turnir ərzində oyunlar arasında burada məskunlaşacaqlar. 

Demək olar ki, bütün federasiyalar əvvəlcədən müəyyən edilmiş baza düşərgələrindən birini seçiblər. Martda keçiriləcək pley-off mərhələsinin başa çatmasından sonra final turnirinə vəsiqə qazanan digər üç komanda da əvvəlcədən müəyyən edilmiş düşərgələrdən birini seçə biləcək.

Təsdiqlənmiş komanda baza düşərgələri aşağıdakı kimidir:

Albaniya – Kamen
Avstriya - Berlin
Belçika - Lüdviqsburq
Xorvatiya – Neuruppin
Çexiya - Norderstedt
Danimarka - Freudenstadt
İngiltərə - Blankenhain
Fransa - Paderborn
Almaniya - Herzogenaurach
Macarıstan – Weiler im Allgäu
İtaliya - Iserlohn
Hollandiya – Volfsburq
Portuqaliya - Harsewinkel
Rumıniya - Vürzburq
Şotlandiya - Garmisch-Partenkirchen
Serbiya – Auqsburq
Slovakiya – Mayns
Sloveniya – Vuppertal
İspaniya - Donaueschingen
İsveçrə – Ştutqart
Türkiyə – Barsinghausen

Müəllif: Natiq NƏSİROV