Zaqatalada heç-heçə, “İmişli” səfərdə qələbə qazandı

ESTAFET/ I Liqada 13-cü tura yekun vurulub. Bu gün “İmişli” səfərdə “İrəvan”ı məğlub edib.

“Zaqatala” isə doğma meydanda lider “Qaradağ Lökbatan”la heç-heçə edib.

I Liqa
13-cü tur

9 fevral 2024

“İrəvan” – “İmişli” 1:2
Qollar: Fəhmin Muradbəyli, 69 - Xəzər Mahmudov, 31. Xəqani Sadıxov, 87.
“ASK Arena”, 13:00.

“Zaqatala” – “Qaradağ Lökbatan” 1:1
Qollar: Uoren Lloyd, 54 - Mikel Badejo, 19.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Turun digər oyunları:
MOİK – “Karvan” 0:1
“Difai Ağsu” – “Araz Saatlı” 4:0
“Mingəçevir” – “Şamaxı” 0:1

Müəllif: Məsim MƏSİMZADƏ