“Sumqayıt”da ayrılıq

Azərbaycan Basketbol Liqasında çıxış edən "Sumqayıt" oyunçusu Mehdi Şabani ilə yollarını ayırıb.

Sports.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Cənubi Azərbaycandan olan hücumçu cari mövsüm 3 matçda meydana çıxıb. "Sumqayıt" basketbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Müəllif: Məsim MƏSİMZADƏ