"Euronews" telekanalı Azərbaycanda keçirilən “Böyük Dəbilqə” turniri ilə bağlı süjet yayımlayıb

“Euronews” telekanalı Prezident İlham Əliyevin cüdonun inkişafında mühüm rolunu qeyd edib:

“Yarışın ikinci günündə iki qızıl medal qazanan Azərbaycan cüdoçularının Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində yüksək çıxışı Prezident İlham Əliyevin cüdoya verdiyi dəstəyin və fədakarlığın mühüm təsirindən xəbər verir.

Prezident Əliyevin bu idman növünə böyük marağı ölkəmizin cüdo dünyasında nüfuzunun yüksəlməsinə mühüm töhfələr verib. Onun bu yaxınlarda yeni tikilmiş və ən müasir avadanlıqlarla təchiz edilmiş Milli Təlim Mərkəzinə səfəri də bunu bir daha sübut edir.

Azərbaycan yapon döyüş sənətinə dərin həvəsi olan ölkədir və ölkə rəhbərinin dəstəyi nəinki indiki cüdoçu nəslini, hətta gələcək istedadları da ruhlandırır."

Müəllif: Natiq NƏSİROV