“Arsenal” Kanselo ilə maraqlanır

ESTAFET/ “Arsenal” bu mövsüm “Barselona”da icarə əsasında çıxış edən, “Mançester Siti”nin 29 yaşlı portuqal sağ cinah müdafiəçisi Joao Kanselonu heyətinə qatmaqda maraqlıdır.

“Topçular” yayda portuqal futbolçunu tamhüquqlu əsasda transfer etmək niyyətindədirlər.

Əvvəllər mətbuatda, Kanselonun özünün karyerasını “Barselona”da davam etdirmək istədiyi barədə məlumatlar yayılmışdı. Amma “blauqrana”nın bu məsələdə “Mançester Siti” ilə razılığa gələ bilməyəcəyi ehtimalı var, belə ki, Kataloniya klubunun maddi imkanları məhduddur.

Müəllif: Zaur HACIYEV