“Çelsi” və “Nyukasl” Xavinin xidmətində maraqlıdırlar

ESTAFET/ Daha əvvəl, cari mövsümün sonunda Kataloniya klubundan ayrılacağını bildirmiş, “Barselona”nın baş məşqçisi Xavi ilə hazırda “Çelsi” və “Nyukasl” maraqlanırlar.
“Çelsi” və “Nyukasl” rəhbərliyinin nümayəndələri ispan mütəxəssisin pərəstişkarlarıdır.
Xatırladaq ki, “Çelsi”ni hazırda argentinalı mütəxəssis Maurisio Poçettino, “Nyukasl”ı isə ingilis mütəxəssis Eddi Hau çalışdırır.
Vurğulayaq ki, hər iki komanda cari mövsümdə gözləniləndən çox-çox zəif çıxışı ilə diqqət çəkir.
