Lobotka “Barselona”nın ona olan marağından danışdı

ESTAFET/ “Napoli”nin slovak yarımmüdafiəçisi Stanislav Lobotka “Barselona”nın onun xidmətində maraqlı olması ilə bağlı yayılan məlumata münasibətini bildirib.

Slovak futbolçunun bu barədə fikirləri:

“Mənim “Barselona”ya keçidim? İndi mən “Napoli”nin futbolçusuyam. Əlbətdə ki, kumirin (Xavi) səni oyun tərzinə görə tərifləyəndə xoşdur, çünki bu, əla iş gördüyün deməkdir. Baxaq, yayda nə olacaq”.

Müəllif: Məsim MƏSİMZADƏ