“Ayntraxt” Van de Bekdən imtina etdi

ESTAFET/ Frankfurt “Ayntraxt”ı cari ilin yanvarında “Mançester Yunayted”dən bu mövsümün sonuna qədər müddətə icarəyə götürdüyü yarımmüdafiəçi Donni van de Beki tamhüquqlu əsasda almayacaq.

“Ayntraxt” niderlandlı futbolçunu cari mövsümün sonundan sonra 11 milyon avro məbləğə almaq seçimini fəallaşdırmağı planlaşdırmır.

Yayda van de Bek karyerasını davam etdirmək üçün yeni seçimlər axtaracaq.

Müəllif: Əli FƏRZƏLİYEV