Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün hazırlıqlarını davam etdirir.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan təlim-məşq toplanışında legioner həyatı yaşayan bəzi oyunçular yer almayıb. Əvəzində isə düşərgəyə gənc voleybolçular cəlb olunublar.

Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv mayın 9-da hazırlığın ikinci mərhələsi üçün Sloveniyaya yola düşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasındakı ilk görüşünü mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV