Kişilər arasında stend atıcılığının dairəvi növündə final mərhələsi baş tutub

Kişilərin mübarizəsinin final mərhələsində nadir hallarda rast gələ biləcəyimiz hadisə baş verib. Medallar uğrunda yarışan üç atletin hər birinin fərqli qitələri (Asiya, Amerika, Avropa) təmsil etməsi maraq doğurub.

Qızıl medalı qazanmaq üçün çinli Jianlin Lyu ilə argentinalı Federiko Gil münasibətlərinə aydınlıq gətirib. Yarışboyu dəqiq atışları ilə seçilən Federiko həlledici anda büdrəyərək gümüş medala sahib olub. Qızıl medal isə çinli Jianlin Lyunun aktivinə yazılıb. Bürünc medalın sevincini İngiltərəni təmsil edən Ben Levellin yaşayıb.

Müəllif: Bəhruz MƏMMƏDOV