"Günəş şüası hədəfləri dəqiq görməyimdə müəyyən çətinliklər yaradırdı" Federiko Gil

Bu yarışda Argentinanın adına ilk medalı qazanan Federiko Gil fikirlərini bildirib:

“Bakıya tez-tez gəlirəm. Bu, üçüncü səfərim olsa da, burada qazandığım ilk medaldır. Dünyanın ən yaxşı atıcılıq mərkəzlərindən birində yarışmaq mənim üçün xoşdur. Möhtəşəm tədbirdə uğur qazandığım üçün özümü xoşbəxt hiss edirəm.

Əlbəttə, məqsədim “qızıl” qazanmaq idi. Təcrübəm də buna imkan verirdi. Amma bəzən təcrübə də kömək etmir. Bu gün bunun şahidi oldunuz. Günəş şüası hədəfləri dəqiq görməyimdə müəyyən çətinliklər yaradırdı. Dəqiq deyə bilmərəm, amma mənə elə gəlir ki, çinli rəqibim fərqli rəngli gözlükdən istifadə etdiyi üçün atışları dəqiq alınırdı”.

Müəllif: Bəhruz MƏMMƏDOV