4 idmançımız Avropa çempionatının finalına vəsiqə qazanıb

Parakarate üzrə yığma komandamızın 4 üzvü Xorvatiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb. Baş məşqçi Rənad Əliyevin yetirmələrindən Emiliya Mitlinova, Vidadi Xalıqov, Eldar Əhmədov və Nihat Məmmədzadə qitə miqyaslı yarışın qızıl medalları uğrunda mübarizə aparacaqlar. Daha bir parakarateçimiz Ariana Mitlinova isə 3-cu yer uğrunda görüşə çıxacaq.
Xatırladaq ki, Fərid Savadov və Hüseyn Məmmədli də bürünc mükafatlar uğrunda döyüşəcəklər.
Qeyd edək ki, komandamız Avropa çempionatına AKF-in vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.
