"Finaldakı rəqiblərimiz olduqca güclü atıcılar idi" Fransiska Krovetto Çadid

Final yarışlarından sonra Fransiska Krovetto Çadid qalibiyyətlə bağlı fikirlərini bölüşüb:

“Finaldakı rəqiblərimiz olduqca güclü atıcılar idi. Sən öz işini dəqiq yerinə yetirirsənsə və öz gücünə güvənirsənsə, heç kim mane ola bilməz. “Qızıl”a baxmayaraq, rəqib komandaya hörmət edirik. Ektorla təxminən 5 ildir birlikdə rəqiblərimizə qarşı mübarizə aparırıq.

Təxminən bir aydır evimizdən uzaq düşmüşük. İtaliyada təlim-məşq toplanışında idik, sonra Dohada təşkil olunan Paris-2024 Olimpiadasının təsnifat mərhələsinin yarışlarına qatıldıq, indi isə Bakıdayıq.

Burada olmaqdan məmnunuq. Artıq neçənci dəfədir Bakıdayıq və hər səfərimizdən zövq alırıq. Atıcılıq Mərkəzi və yaradılan şəraitdən razı qaldığımızı da deməliyəm. Ümid edirəm yenə gələcəyik”.

Müəllif: Bəhruz MƏMMƏDOV