Azərbaycan Basketbol Liqasında finalçıları məlum oldu

"Xəzri" Azərbaycan Basketbol Liqasının finalında "Sabah" ın rəqibidir!

11 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL)  növbəti yarımfinal oyunu baş tutub. Pley-off 'un yarımfinal mərhələsində, "Xəzri" və "NTD-İNDİQO" komandaları seriyanın 2-ci oyununa çıxıblar. Oyunun əvvələrindən üstünlüyü "NTD-İNDİQO" ələ keçirsə də, sonradan geridönüş etməyi bacaran debütant "Xəzri" yekunda 86-81 hesablı qələbə qazanıb. Bu qələbə ilə "Xəzri" seriyada 2-0 hesablı qalibiyyət əldə edib və finalda "Sabah" ın rəqibi olub. "NTD-İNDİQO" isə 3-cü yer uğrunda "Xırdalan" klubu ilə oyunlarda iştirak edəcək. Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins - 23 xal, 8 asist), "NTD-İNDİQO" (Qeylen Smit - 22 xal, 12 ribaund)

Qeyd edək ki, "Xəzri" və "Sabah" klubları arasında final seriyasının ilk oyunu 16 may tarixində keçiriləcək.

Müəllif: Məsim MƏSİMZADƏ