Para-atletika üzrə milli komandamız dünya çempionatında iştirak edəcək

Para-atletlərimiz Yaponiyanın Kobe şəhərində təşkil ediləcək dünya çempionatında mübarizə aparacaq. 17-25 may tarixlərində keçiriləcək çempionatda ölkəmizi Orxan Aslanov, Səid Nəcəfzadə (hər ikisi uzunluğa tullanma), Samir Nəbiyev, Rüfət Rəfiyev (hər ikisi nüvə itələmə) və Lamiyə Vəliyeva (qaçış) təmsil edəcək.

Qeyd edək ki, milli komandamız yarışa baş məşqçi Oleq Panyutinin rəhbərliyi ilə yollanıb.

Müəllif: Bəhruz MƏMMƏDOV